Dünyadan

“Dnepr”in kapitanı: “Düşünmürəm ki, “Qarabağ”la oyunu xatırlamaq lazımdır”

“Düşünmürəm ki, “Qarabağ”la oyunu xatırlamaq lazımdır. Bəli, belə oyunlar bəzən olur və anlayırıq ki, bu bizim üçün xoşagəlməzdir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dnepr” klubunun kapitanı Ruslan Rotan Ukrayna kubokunun 1/8 final mərhələsində qalib gəldikləri “Volın”la cavab görüşü (4:0) haqqında danşarken deyib:

“Lakin geriyə baxmaq lazım deyil. Çünki irəliyə doğru hərəkət edirik. “Volın”la görüşdə yaxşı nəticə göstərərək qalib gəldik və yolumuza davam edirik. Ola bilsin ki, parlaq oyun nümayiş etdirmədik, ancaq əsas qələbə qazanmaq idi ki, buna da nail olduq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43