Dünyadan

Dünyanın ən yaxşı qapıçısının adı açıqlandı: Buffonu böyük fərqlə geridə qoydu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

Geridə qoyduğumuz 2013-cü ilin ən yaxşı əlcək sahibi “Bavariya” və Almaniya yığmasının qolkiperi Manuel Noyer seçilib.

Münhen klubunun qapıçısı səsvermədə ən yaxın izləyicisi olan Buffonu 133 xal qabaqlayıb – (211 xal). İlk “üçlüy”ü “Çelsi”nin qapıçısı Petr Çex tamamlayır – 64 xal.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43