Kateqoriyasız

Elxan Məmmədov Qətərdə azərbaycanlılarla görüşdü

FIFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov Qətərdə səfərdədir.

İdmanxeber.az xəbər verir ki, o, burada DÇ-2022-nin təşkilati işlərində fəaliyyət göstərən həmvətənlərimizlə görüşüb. Onlar şam yeməyində bir araya gəliblər.

Dünya çempionatının təşkili ilə bağlı müxtəlif vəzifələrdə 200-ə qədər azərbaycanlı çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43