Dünya futbolu

Emin Mahmudov oynadı, komandası məğlub oldu

Millimizin üzvü Emin Mahmudov Portuqaliya çempionatında növbəti oyuna çıxıb.

İdmanxeber.com-un məlumatına görə, 30-cuturun səfərdə “Vitoriya Gimarayeş”ə qarşı matçında 25 yaşlı yarımmüdafiəçimiz əsas heyətdə yer alıb. O, 55-ci dəqiqədə Andre Schembri ilə əvəzlənib.

Qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qeyd edək ki, 30 oyundan sonra aktivində 35 xal olan “Boavişta” 9-cu yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43