2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə cəlb edib.
İdmanxeber.com-un klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Premyer Liqanın debütantı paraqvaylı yarımmüdafiəçi Erik Ramosla 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu karyerası ərzində Paraqvayın “12 Oktyabr”, “3 Fevral”, “Rubio”, “General Dias” komandalarının şərəfini qoruyub. O, 2012-2016-cı illər aralığında ölkəmizdə “Neftçi” klubunun uğurları üçün çalışıb.