Dünyadan

Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı tanımayan TFF rəsmisi “Beşiktaş”dan kənarlaşdırılır

"Beşiktaş"lı azarkeşlər, bir vaxtlarda komandanın idarə heyətində yer alan Futbol Federasiyası idarəçisi Alattin Aykaçın üzvlükdən çıxarılması üçün "Beşiktaş" rəhbərliyinə təzyiq edir.

İdmanxeber.com-un məlumatına görə, "Beşiktaş"ın sabiq prezidenti Yıldırım Demirören dövründə klubda idarəçilik edən, sonra da Futbol Federasiyasında yenə eyni vəzifədə olan Alattin Aykaçın son olaraq Serbiya vətəndaşlığına keçməsi azarkeşlərin sərt reaksiyasına səbəb olub.

Futbol Federasiyasında çalışdığı zaman, keçən mövsüm oynanan "Fənərbaxça" – "Qalatasaray" derbisinin ardından "sarı-lacivərdlilər"in prezidenti Aziz Yıldırımın qarşısında yerdə oturarkən çıxan fotoşəkili səbəbiylə hədəf halına gələn Aykaç üçün o dövrdə də klubun e-mail adresinə çox sayda mesajlar gəlmişdi.

Son gələn mesajlarda isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı qəbul etməyən dünyadakı 4 ölkədən biri olan Serbiya vətəndaşlığına keçən Aykaçın klubdan ixracı istənilir.

Gələn maillərdə ayrıca BJK TV-nin açılış prosesi ilə yaxından maraqlanan Aykaçın həmin müddətdə xərclərinin da araşdırılması tələb olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43