Ölkə futbolu

Federasiya prezidenti Şeydayevə görə jurnalistlərə müraciət etdi

Rusiya idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko 20 yaşlı futbolçu Ramil Şeydayevin vətəndaşlığını dəyişərək Azərbaycan milli komandasında çıxış etmək qərarına gəlməsinə münasibət bildirib.

İdmanxeber.com-un sportal.az-a istinadən məlumatına görə, bu gün Moskvada jurnalistlərlə görüşən nazir KİV-i bu məsələdə sakit davranmağa və bir hadisəni ümumiləşdirməməyə çağırıb:

“Bu məsələyə biz yox, Şeydayevin valideynləri aydınlıq gətirə bilər. Müxtəlif idman növlərində vətəndaşlığını dəyişən xeyli insan var: ölkəmizə gəlirlər, ölkəmizdən gedirlər. Bu, ayrı-ayrı insanların seçimidir, buna təsir edə bilmərik. Bu, hərbi xidmətə çağırış deyil! O, valideynləri ilə birlikdə bu seçimi edib. Bəlkə də müəyyən iqtisadi şərtlər olub. Kənardan oyunçu dəvət etməyə imkanı olan ölkələr var. Əgər Şeydayev başqa ölkənin vətəndaşlığını qəbul etməyi qərara alıbsa, buna mane ola bilməzdik. Bu məsələdə başqa şeylər axtarmağa, özümüzdən nəsə uydurmağa ehtiyac yoxdur”.

“İndi RFİ inkişaf strategiyası hazırlayır. Əsas prioritet istedadlı gənclərin axtarışı və onların maraqlarının qorunmasıdır. İlk qərar legioner sayına limitin tətbiq edilməsidir. Bu addımı uşaq futbol məktəblərinə və məşqçilərə onlara tələbat olduğunu göstərmək üçün atırıq. Sonra da istedadlı uşaqlara tələbat olmasını təmin edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43