Dünya futbolu

“Fənərbaxça” Fransa səfərində azarkeşsiz olacaq

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin növbəti cavab görüşləri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubu səfərdə “Monako” ilə qarşılaşacaq. Fransa tərəfinin verdiyi qərarla türkiyəli azarkeşlər stadiona alınmayacaqlar.

Qeyd edək ki, ilk matçda İstanbul təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

3 avqust

 

21:45. “Kopenhagen” (Danimarka) – “Astra” (Rumıniya)

İlk oyun – 1:1

21:45. “Styaua” (Rumıniya) – “Sparta” (Çexiya)

İlk oyun – 1:1

22:00. “Hapoel” (Beyer-Şeva, İsrail) – “Olimpiakos” (Yunanıstan)

İlk oyun – 0:0

22:15. “Yanq Boyz” (İsveçrə) – “Şaxtyor” (Ukrayna)

İlk oyun – 0:2

22:30. “Zalsburq” (Avstriya) – “Partizani” (Albaniya)

İlk oyun – 1:0

22:30. PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya)

İlk oyun – 1:1

22:45. “Anderlext” (Belçika) – “Rostov” (Rusiya)

İlk oyun – 2:2

22:45. “Legiya” (Polşa) – “Trençin” (Slovakiya)

İlk oyun – 1:0

22:45. “Monako” (Fransa) – “Fənərbaxça” (Türkiyə)

İlk oyun – 1:2

22:45. “Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan)

İlk oyun – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43