Ölkə futbolu

Yan Kopiç: “Bu, bizim üçün böyük uğurdur”

“Viktoriya” klubu dünən “Qarabağ”ı iki oyunun nəticəsinə görə, ÇL-dən uzaqlaşdırdı.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra komandanın futbolçusu Yan Kopiçin klub saytında açıqlamaları yer alıb:

“Biz bilirdik ki, onlar hücum edəcəklər. Mən düşünmürdüm ki, matç ərzində belə az zərbə vuracağıq. Güman ki, bu oyun karyeramın ən vacib oyunudur. Klubumuz, azarkeşlərimiz və bizim üçün böyük uğurdur”.

Qələbə qolunu vuran Krmençikin də fikirlərinə saytda yer verilib:

“Bu qolu vurmaq inanılmaz hisdir. Cənab Pivarnikə təşəkkürümü bildirirəm mənə şans verdiyi üçün. Mən topu başımla qapıya vurdum. Qol olduğunu gördüm. Bu, super hiss idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43