Dünya futbolu

FIFA DÇ-2014-ün simvolik yığmasını açıqladı

FIFA DÇ-2014-ün simvolik yığmasını açıqlayıb. Ali futbol qurumunun rəsmi saytının verdiyi xəbərə görə, rəmzi komandada ən çox Almaniya və Braziliya yığmasını üzvləri – hərəyə 4 futbolçu ilə təmsil olunub. Almaniya yığması ilə dünya kubokunu qazanan Yoahim Löv isə yığmanın baş məşqçisi seçilib.
 
Qapıçı: Manuel Noyer (Almaniya)
 
Müdafiəçilər: David Luiz, Marselo, Tiaqo Silva (hər üçü Braziliya), Mats Hummels (Almaniya)
 
Yarımmüdafiəçilər: Anxel di Mariya (Argentina), Xames Rodriqes (Kolumbiya), Toni Kroos (Almaniya)
 
Hücumçular: Lionel Messi (Argentina), Tomas Müller (Almaniya), Neymar (Braziliya)
 
Baş məşqçi: Yoahim Löv (Almaniya)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43