Dünyadan

FİFA prezidenti korrupsiya ittihamını rədd etdi

FİFA prezidenti Canni İnfantino ona qarşı ünvanlanan korrupsiya ittihamını rədd edib. 

İdmanxeber.com xəbər verir ki, italiyalı funksioner qurumda belə hallara yol verməyəcəyini açıqlayıb.

“Bu qurumun gələcəyinə inanıram. Heç kim qüsursuz deyil. Bu, mənə də aiddir. Amma mən sadə bir işçiyəm. Heç kimi aldatmıram, heç nə oğurlamıram. Heç kimə də icazə vermərəm ki, FİFA-da bu işlə məşğul olsun. Həyata keçirilən islahatlara inamım var. Birlikdə qurumu daha yaxşı edə bilərik. Düzdür, dəyişikliyi sevəməyən və təşkilatın ətrafında intiriqalar yaradan insanlar da var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43