05 Oktyabr 2024
Kateqoriyasız

Foqts: “Mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz”

“Xorvatiya millisini təbrik edirəm. Hesab oyuna görə oldu. Bir komanda sona qədər mübarizə aparır, digəri isə buna fiziki baxımdan hazır deyildi”.

İdmanxeber.com apasport.az-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdu.
 

Yığmamız az öncə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Xorvatiya ilə qarşılaşdı. Osiyek şəhərində baş tutan görüşdə qapısından 6 cavabsız top buraxan komandamızın almaniyalı çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında biabırçı məğlubiyyətin səbəblərini açıqlayıb.

“Komandam 3 gündən bir oynaya bilmir. Klublar Avroliqada oynadıqdan sonra fasilə edirlər. Bu da yığma üzvlərinə təsir göstərir. Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz” – deyə, Foqts bildirib.
 

– Xorvatiyalı jurnalistlər 5 müdafiəçi ilə oynadığımıza görə bizə gülürdülər. Bu qədər ultramüdafiə nəyə lazım idi?


– Yəqin ki, xorvatiyalı jurnalistlər dünya çempionatına baxmayıblar.

 

– Cinahlarda Xorvatiya yığması çox güclü idi. Siz isə onlara qarşı oynaya bilmədiniz…


– Futbolçulara cinahlarda rəqibə qarşı yaxın oynamağı tapşırmışdım. Təəssüf ki, biz passiv müdafiə olunduq. Bizdə rəqibə yaxın oynamağa son dəqiqələrə kimi güc qalmır. Ona görə də bu alınmır.

 

– Siz özünüzdə günah görmürsünüzmü?


– Artıq 20-ci dəqiqədən sonra bizdə güc qalmamışdı. Biz azərbaycanlı futbolçuların yaxşı oynadığını görmüşük. Amma bu gün alınmadı. Mən bu gün futbolçulardan az səhv etmişəm.

 

– Sonuncu mətbuat konfransında demişdiniz ki, 6-7 il əvvəl İtaliyaya 0:6 hesabı ilə yenilərdik. Bu məntiqlə Xorvatiyaya 6-7 il əvvəl 10:0 hesabı ilə uduzardıq.


– Əgər 6 il əvvəl 2 oyun arasında 3 gün fərq olsaydı, yəqin ki belə olacaqdı.

 

– Mahir Şükürovla Vaqif Cavadov bu oyunda kimdən əskik idi?


– Bu suala cavab vermək istəmirəm. Onlar Italiyaya qarşı bəlkə oynayardılar, amma bu matçda yox


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43