Kateqoriyasız

FutbolPress.az – 13!

Bu gün FutbolPress.az saytı üçün əlamətdar gündü. Sözügedən portalın bu gün ad günüdü.

“FutbolPress” 2008-ci ilin noyabrından fәaliyyәtә başlayan vә çapı 1 il davam edәn “Futbol-Press” qәzetinin davamçısıdır. O, 13 ildir ki, informasiya mәsuliyyәtini oxocularıyla bölüşərək, proseslәrә FP aynasından baxışın tәminatçısı olmağa çalışır.

Bu illәrdә redaksiya üçün jurnalistika prinsiplәrinә sadiqlik mәhrumiyyәtlәrdәn daha üstün olub, əsas stimulu da bundan әldә edәn “FutbolPress”in әsas sәrvәti sadiq oxucularıdı.

İdmanxeber.az kollektivi “Futbolpress”də çalışan həmkarlarımızı bu əlamətdar gün münasibətilə təbrik edir, gələcəkdə də böyük yaradıcılıq uğurları arzulayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43