Kateqoriyasız

Gəncə komandasının baş məşqçisi: “Müdafiənin etibarlı oynaması da məni sevindirir”

Türkiyədə təlim məşq toplanışında
olan ‘Kəpəz” klubu “Kocaeli Birlikspor”la  yoxlama oyunu keçirib.

İdmanxeber.com-un
məlumatına görə,  oyun 2:1 hesabı ilə
gəncəlilərin xeyrinə yekunlaşıb.

Gəncə
komandasının baş məşqçisi Şahin Diniyev  qalib gəldikləri oyun barədə danışıb.

“Meydana əsas
heyətlə çıxmışdıq. İlk iki oyundan sonra ilk 11-liyin üzvlərinin 90 faizini
müəyyənləşdirmişdim. Startdan meydana çıxanlar göstərdilər ki, onlar ilk
dəqiqələrdən oynamağa layiqdilər. Bərbad hakimlikdən danışmaq istəmirəm.
Komandanın 90 dəqiqə vuruşduğunu söyləyə bilərəm. İstədiyim şeylərin
cizgilərini gördüm. Düzdü, səhvlərimiz də çoxdu. Ancaq hücum qurmaqda oyundan
oyuna artırırıq. Müdafiənin etibarlı oynaması da məni sevindirir. Təlim-məşq
toplanışında bütün futbolçulara şans verdik və mənə elə gəlir ki, onlar
sınaqdan üzüağ çıxdılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43