Kateqoriyasız

“Zirə”nin baş məşqçisi:“Komandanın oyunundan razı qaldım”

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” klubu artıq iki yoxlama oyununda öz
qüvvəsini sınayıb.

İdmanxeber.com-un
məlumatına görə,  “Zirə”nin baş məşqçisi
Adil Şükürov Gürcüstanın “Kolxeti” klubuna qarşı keçirdikləri
yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb.

“Komandanın
oyunundan razı qaldım. Futbolçular özlərini yaxşı tərəfdən göstərməyə
çalışdılar. Biz onları fərqli mövqelərdə oynatdıq ki, gözlənilməz vəziyyətlərdə
özlərini necə hiss etdiklərini görək. Futbolçuların hamısına inanırıq, tam
olaraq kimlərin start heyətində meydana çıxacağını müəyyənləşdirməmişik. Yoxlama
oyunları həm də bu baxımdan vacibdir. Ümumi yüklənmə dövründə belə oynamaları
normal idi. 2-ci hissədə əsasən gənclərə şans verdik, onları da yoxladıq. Xətlər
arasında əlaqəni nəzərdən keçirdik. Yeni komandayıq, nəticədən asılı olmayaraq
hansı addımları atacağımızı öyrəndik. Əsas səhvlərin görünməsidir. Biz
səhvlərimizi gördük və qarşıda bunları aradan qaldırmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43