İdman

Güləşçilərimiz Olimpiya mükafatçısının turnirindən 1 qızıl və 2 bürünc medalla qayıdır

Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib. 
İdmanxeber.com-un məlumatına görə, turnirdə  iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub. 
74 kq çəki dərəcəsində mübarizə aparan Rio Olimpiya Oyunlarının bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə güləşçimiz yerli idmançı Hacı Nəbiyevi üstələyib.
Bürünc medalları yığmamıza Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazandırıb. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43