İdman

Güləşçilərimizdən dünya çempionatında 2 medal

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçirilir.

İdmanxeber.com-un məlumatına görə, ilk yarış günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Ağahüseyin Mustafayev 65 kq, Coşqun Əzimov 70 kq çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.

Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək dünya çempionu olub. Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə məğlub olaraq gümüş medalla kifayətlənib.

Xatırladaq ki, hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43