Premyer Liqa

Güvənç Kurtar “Sumqayıt”a xal paylayan klublardan danışıb, bugünkü oyuna toxundu: “Əgər “Qəbələ” də “Sumqayıt”ı udmasa…”

“Bakı”nı mütləq məğlub etməliyik. Başqa çarəmiz yoxdur. Mütləq 3 xal qazanmalıyıq. Çünki “Sumqayıt”ın səfərdə qələbə qazanması inandırıcı görünmür”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar deyib.

“Aslanlar”ın türkiyəli çalışdırıcısı əməkdaşımızın “Sumqayıt” “Qarabağ”ı yendi, “Qəbələ” səfərindən də qələbə gətirə bilərlər, siz nə düşünürsüz?” –  sualına, belə cavab verib:

“Yox daha… “Qəbələ” “Sumqayıt”ı məğlub etsə üçüncü yeri tutacaq. İstər məşqçilərin, istərsə də futboçuların karyerasında üçüncülük başqa, dördüncülük başqadı. Onlar bürünc medal qazanmaq istəyəcəklər. Yox, istəmirlərsə, başqa nə edə bilərik ki? Sən, “Neftçi” və “Qarabağ”la oyunlara baxma. “Sumqayıt” bu komandalarla oyunda 9 xal qazandı. İki oyunda altı xal “Neftçi”dən, bir oyunda üç xal “Qarabağ”dan. Normalda heç bir rəqib bu komandalarla 3 oyunda bu qədər maksimum xal ala bilməz. Nə biz ala bilmərik, nə “Xəzər Lənkəran” ala bilməz, nə “Qəbələ”, nə də “İnter”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43