Ölkə futbolu

“Həbs olunan azarkeşlərə əlimizdən gələn köməkliyi etməyə çalışacağıq”

"Biz bu qərarı gözləmirdik. Məhkəmənin fevralın 15-də olacağı bildirilmişdi. Ancaq qapalı iclasda hökm oxunub. 7 azarkeşdən 4-ü sərbəst buraxılıb. Digərləri isə həbs olunub.

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. O, daha sonra sözlərinə belə davam edib:

"Azarkeşlərdən heç bir şikayətimiz olmadığı barədə məhkəməyə məktub ünvanlamışdıq. Həbs olunan azarkeşlərə əlimizdən gələn köməkliyi etməyə çalışacağıq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43