Ölkə futbolu

İbrahim Uzunca: “Neftçi” daha güclü komandadır amma…”

Topaz Premyer Liqasının X turunda “Bakı” öz meydançasında “Neftçi”yə 1-3 hesabı ilə uduzdu. İdmanxeber.com-un məlumatına görə, həmin görüşdən sonra keçirilən mətbuat konfransında “Bakı”nın baş məşqçisi İbrahim Uzunca düşüncələrini bölüşüb:

“Çox baxımlı oyun izlədik. Qarşılaşmada gözəl qolların şahidi olduq. İndiki durumda “Neftçi” daha güclü komandadır. Amma onlardan geri qalmırdıq. 1-1 hesabından sonra yenə qol vura bilsəydik, oyunda xal qazanmaq mümkün olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43