Dünya futbolu

İlkay Gündoğan: “Bizə qarşı irqçilik olundu”

İlkay Gündoğan önəmli açıqlamalar edib.

İdmanxeber.az-ın məlumatına görə, Almaniya milli komandasının üzvü İlkay Gündoğan yerli mətbuata müsahibə verib. Türk əsilli oyunçu yaxşı günlər keçirtmədiyini, ancaq milli komandadan da ayrılmaq istəmədiyini bildirib:

“Almaniya milli komandasından getmək istəmirəm.Türkiyə prezidenti ilə paylaşdığımız bir şəkilə görə bizə çox təzyiq etdilər. Milli oyunlarında azarkeşlər məni fitə basdı, siyasətçilər tənqid etdi. Təbii ki, bunlar çox ağırdır. Zədə səbəbindən yığma komandadan bir müddət ayrı qalsam da, hər zaman onların yanında olmaq istəmişəm. Mesut Özilin yığmadan bu şəkildə getməsi çox acıdır. O, buna layiq deyildi. Almaniya futbolu üçün çox yaxşı işlər görmüşdü. Bizə qarşı irqçilik olundu. Düşünün ki, bir polis sosial şəbəkə hesabından bizə sırf türk olduğumuz üçün təhqirlər edir, nalayiq sözlər yazır. Bu irqçilik deyil bəs nədir? Qaçmaq fikrim yoxdur, bir müddət daha burada qalıb mübarizə aparmaq istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43