Premyer Liqa

“İnter Bakı” növbəti oyuna itkilərlə çıxacaq

Bakının “İnter” klubu Topaz Premyer Liqanın 12-ci turunda AZAL-la oyundan öncə ciddi itkilərlə üzləşib.

İdmanxeber.com-un məlumata görə, komandanın əsas futbolçularından olan Nizami Hacıyev, Zurab Xizanaşvili və Ağabala Ramazanov cəzalı olduqları üçün növbəti oyunu buraxmalı olacaqlar. 

Zədəli Rauf Əliyev də sözügedən oyuna qədər hazır olmayacaq.

Qeyd edək ki, “İnter” – AZAL oyunu noyabrın 20-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43