Dünya futbolu

“İnter” “Nitsa”nın müdafiəçisini transfer etdi

“İnter” “Nitsa” ilə Dalbertin transferini razılaşdırıb.  

“Football Italia”nın məlumatına görə, italyanlar müdafiəçi üçün 25 milyon avro ödəyəcəklər. Bundan başqa “Nitsa” növbəti transferdən 20% götürəcək.

Sabah Dalbertin “İnter”də tibbi müayinədən keçməsi gözlənilir. Hər şey qaydasında gedərsə, bu, “Nitsa” üçün ən bahalı transfer olacaq.

Son mövsümdə Dalbert Fransa liqasında 33 matçda meydana çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43