Ölkə futbolu

“İnter” tərəfi ən azı 4000 azarkeş gözləyir

 

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü olan "İnter" – "Mladost" matçına saatlar qalıb.

İdmanxeber.com-un məlumatına görə, "Dalğa Arena"da baş tutacaq matçda komandamızı kifayət qədər azarkeş dəstəkləyəcək. "Bankirlər"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov əməkdaşımızla söhbətində ən azı 4000 min azarkeşin stadiondan canlı olaraq təmsilçimimzə dəstək verəcəklərinə ümid etdiklərini bildirdi:

"Düşünürəm ki, "İnter" bu gün yalnız olmayacaq. Ən azından "İnter"in səfərdəki inamlı oyunu ilə yerli azarkeşlərin rəğbətini qazana bilib. Şükürlər olsun, komandamızda son vəziyyət normal olaraq qalır. Zədəli futbolçumuz yoxdu",

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43