Kateqoriyasız

“İnter” üçün Kartepe

Cari mövsümü gümüş medalla başa vuran Bakının “İnter” klubunun hazırlıq planı məlum olub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “bankirlər” iyun ayının 1-də Türkiyəyə yollanacaq.

Kartepedə baş tutacaq ilk təlim-məşq toplanışı iyunun 10-dək davam edəcək. İyunun 13-də “İnter”in Avstriyada ikinci toplanışı başlanacaq.

Toplanış iyun ayının 27-də yekunlaşacaq, lakin Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu səfərdə keçirilərsə, o zaman toplanış iyulun 1-dək davam edəcək.

Qeyd edək ki, Avstriya toplanışı çərçivəsində “İnter” 5 yoxlama matçı keçirəcək. Oyunların vaxtı və rəqiblərin adları yaxın günlərdə məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43