Dünyadan

“Mançester Yunayted”in yeni baş məşqçisi rəsmən açıqlandı

Hazırda Hollandiya yığmasında baş məşqçi olan Lui Van Qal bundan sonra “Mançester Yunayted”i çalışdıracaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

62 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la 3 illik müqavilə imzalayıb. 

Xatırladaq ki, Devid Moyesin istefasından sonra İngiltərə nəhəngi bir müddət idi ki, baş məşqçi axtarışlarına çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43