Dünyadan

“İnter”də transfer çılğınlığı

Serie A-da bu mövsüm də gözləntiləri qarşılaya bilməyən “İnter”, azarkeşlərinin könlünü transferlə fəth etməyə çalışacaq.
İdmanxeber.com-un məlumatına görə, həftəsonu “Milano” derbisində “Milan” ilə qarşılaşacaq olan “İnter”, matç əvəzinə transferi düşünür.
Köhnə günlərinə geri dönmək istəyən klub, “Real Madrid”li Xames Rodrigez üçün edəcəyi cəhdlərdən nəticə ala bilməzsə, gözünü PSG-nin argentinalı ulduzu Anxel di Mariaya dikəcək.
İnter, bu transfer üçün 58 milyon avronu gözdən çıxarıb. 28 yaşındakı futbolçunu heyətinə qata bilmək üçün 2014-cü ilin yayında “Mançester Yunayted” 75 milyon avro, 2015-ci ilin yayında da PSJ 63 milyon avro ödəmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43