İdman

Qurbanovdan “premya” vədi (ÖZƏL)

Xəbər verdiyimiz kimi bu gün Birinci divizionun 12-ci turu çərçivəsində çempionluqa iddialı "Zaqatala" klubu "Ağsu"nu qəbul edəcək.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Zaqatala təmsilçisinin prezidenti Musa Qurbanov komanda üzvlərinə "premya" vədi verib. Əgər "Zaqatala" klubu bugünkü oyunda 3 xal qazana bilsə o zaman komanda ümumilikdə ən azı 2 min manat mükafata sahib olacaq və vəd olunan pul matçdan dərhal sonra futbolçulara veriləcək.

Qeyd edək ki, "Zaqatala" – "Ağsu" matçı saat 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43