Kateqoriyasız

“İnter”in 2015-də ilk sınağı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün ilk yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Kaxaber Sxadadzenin komandası Türkiyənin aşağı liqa təmsilçisi “İnegölspor”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

8 yanvar

Yoxlama oyunu

19:00. “İnegölspor” (Türkiyə) – “İnter” (Azərbaycan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43