İdman

İran millisi türkiyəli məşqçiyə tapşırıldı

İran milli basketbol komandasının baş məşqçisnin adına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, yığma türkiyəli mütəxəssisə tapşırılıb. “Manisaspor”un çalışdırıcısı Hakan Demir bundan sonra İran millisinin başında olacaq.

Türkiyəli məşqçi artıq Manisa klubu ilə vidalaşıb. Təyinatın yaxın vaxtda rəsmən açıqlanacağı gzölənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43