Ölkə futbolu

Julien Ebah: “Bizə sərf edən nəticəni qazanmağa çalışacağıq”

Dünən “Dalğa Arena”da keçirilən açıq məşqlə “Kəpəz” UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Admira” ilə oyunun hazırlıqlarını tamamlayıb. 

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubunun hücumçusu Julien Ebah görüş öncəsi klub saytına açıqlama verib: “Bizi çox çətin oyun gözləyir, bunu hamımız başa düşürük. “Admira” güclü, komplektləşmiş komandadır, sürətli oynayırlar. İkinci oyunda hər şey baş verə bilər. Evdə oynayırıq, təbii ki, bizə sərf edən nəticəni qazanmağa çalışacağıq. Onu da deyim ki, əgər səfərdə ələ düşən imkanları dəyərləndirə bilsəydik, ilk oyunda heç-heçənin qeydə alınması mümkün idi. Avstriyada bacardığımızı etdik. Məncə, orada qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ bildik. Taleyimiz öz əlimizdədir, tarixi fürsəti əldən buraxmamalıyıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43