Kateqoriyasız

“Kəpəz” Tərlan Əhmədova tapşırıldı – RƏSMİ

“Kəpəz”ə yeni baş məşqçi təyin edilib.

İdmanxeber.az xəbər verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq. Bu gün Gəncədə bununla bağlı rəsmi təqdimat mərasimi keçirilib. Onunla 1 illik müqavilə imzalanıb.

Tərlan Əhmədov baş məşqçi vəzifəsindən bir neçə gün əvvəl istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyib.

Xatırladaq ki, T.Əhmədovun bunadək son çalışdırdığı klub “Keşlə” (indiki “Şamaxı”) olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43