Ölkə futbolu

Kamran Ağayev: “İstəsəm siqaret də çəkərəm, araq da içərəm“ – FOTO

Bu sözləri İnterpress.az saytına Azərbaycan milli komandası və “Bakı” klubunun əsas qapıçısı Kamran Ağayev deyib.

Qeyd edək ki, “Futbolinfo.az” saytı “Bakı”nın futbolçularının istirahət zamanı çəkilmiş fotosunu yayıb.

Şəkildə yığmamızın da üzvləri olan Elvin Məmmədov, Cavid Hüseynov, Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və indi “Rəvan”da icarədə olan Aqil Nəbiyevin arxasında əyləşdiyi masanın üzərində bir qutu siqaret də var.

Məsələyə münasibət bildirən Kamran Ağayev bunları deyib:

“Allahdan başqa heç kimdən qorxmuram.Birincisi mən indiyə qədər siqaret çəkməmişəm. Çəksəm belə bu, heç kəsə mənim şəxsi həyatıma müdaxilə etmək hüququ vermir. Allah qarşısında vicdanım təmizdir.Düzdür arada qəlyan çəkirəm. Belə xəbərləri yayanları Allaha tapşırıram”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43