Ölkə futbolu

Kamran Ağayev Premyer Liqaya qayıtdı

Mövsüm başa çatdıqdan sonra “İnter”dən ayrılan Kamran Ağayevin yeni klubu məlum olub.

İdmanxeber.com-un məlumatınaa görə, bir müddət əvvəl “Səbail” klubunda məşqlər edən Ağayev “Sumqayıt”ın düşərgəsinə qoşulub. Təcrübəli qolkiper “kimyaçılar”ın heyətində ilk məşqini də keçirib.

 

30 yaşlı futbolçu “Sumqayıt” rəhbərliyi ilə müqavilə barədə danışıqlar aparıb. O, yeni klubu ilə 6 aylıq müqavilə imzalayacaq.(sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43