İdman

Kamran Ağayev yenə keçilməz oldu – “Boavişta” qələbə qazandı

Milli komandamızın üzvləri – Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi Portuqaliyanın “Boavişta”  klubu növbəti oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Boavişta” Portuqaliya kubokunun ikinci turunda “Union Leyriya” klubu ilə üz-üzə gəlib və qələbə qazanıb – 2:0.

Kamran bu oyunda 90 dəqiqə meydanda olub. Eminin adı isə oyunun iştirak ərizəsinə salınmayıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43