Kateqoriyasız

Kamran Ağayevdən iki qərar birdən

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev “Səbail”dən ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı qolkiper bununla da karyerasını başa vurub.

2008-2018-ci illərdə millimizdə çıxış edən Ağayev 78 oyunda meydana çıxıb.

O, “Şəfa”, “Turan”, “Xəzər Lənkran”, “Bakı”, “Qəbələ”, “Kayserispor”, “Karşıyaka” (hər iki Türkiyə), “İnter” (Bakı), “Boavişta” (Portuqaliya), “Mlada Boleslav” (Çexiya) və “Keşlə”də də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43