Ölkə futbolu

Kamran Ağayevin yeni klubu müəyyənləşdi

"Bakı"dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan qapıçı Kamran Ağayev "Qəbələ" ilə müqavilə imzalayır.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, artıq millinin üzvü ilə razılıq əldə olunub və o yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcək.
Hal-hazırda Ağayev keçmiş klubu "Bakı" ilə bir sıra məsələləri müzakirə edir. Bunlar yoluna qoyulduqdan sonra əlcək ustasının "Qəbələ"yə keçidində heç bir problem qalmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43