İdman

“Kəpəz” “Zirə” ilə oyunun hazırlıqlarına başladı

Azərbaycan Premyer Liqasının II turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” dünəndən matçın hazırlıqlarına start verib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisini Yevlaxda qəbul edəcək “sarı-göylər” məşqlərə Bakıda başlayıblar.

Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlıq keçir. “Kəpəz” oyundan öncəki son məşqinə matçın keçiriləcəyi Yevlax şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub. 
Qeyd edək ki, “Kəpəz” – “Zirə” qarşılaşması avqustun 20-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43