Ölkə futbolu

“Kəpəz”də yeni futbolçular

“Kəpəz”in əvəzedici heyətinin 3 üzvü əsas komandaya dəvət alıb.

İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov məşqçilər korpusunun etimadını qazanıb. Adı çəkilənlər daimi qaydada əsas komandanın tərkibində yer alacaqlar. Beləliklə də onlar qarşıdakı mövsüm üçün əsas komandanın tam hüquqlu üzvü olacaqlar. Məlumatı klubun rəsmi saytı yayıb.

Qeyd edək ki, ötən çempionat ərzində hər 3 futbolçu ara-sıra əsas komandaya cəlb olunaraq adları oyunlar üçün iştirak ərizəsinə salınıb. Yay və qış toplanışı müddətində kollektivin tərkibində olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43