Kateqoriyasız

“Kəpəz”dən “Qəbələ”yə jest: “Bu addımı atmaq qərarına gəldik”

Xəbər verdiyimiz kimi, Premyer Liqanın XI turu çərçivəsində oktyabrın 31-də “Kəpəz” “Qəbələ” ilə qarşılaşacaq.

Gəncəyə yağan güclü yağış səbəbindən meydançanın daha da yararsız vəziyyətə düşməməsi üçün “Kəpəz” rəhbərliyi PFL-ə müraciət edərək oyunun “Dalğa Arena”da keçirilməsini istəyib. 

“Kəpəz” klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu İdmanxeber.com-a verdiyi açıqlamada oyunun Qəbələdə baş tutacağını bildirib. Klub rəsmisi matçın “Dalğa Arena”da niyə keçirilməyəcəyini də açıqlayıb:

“Biz PFL-ə oyunun “Dalğa Arena”da keçirilməsi üçün məktub göndərmişik. Bilirsiniz ki, Gəncəyə güclü yağışlar yağır. Mərkəzi arenanın tam yararsız vəziyyətə düşməməsi üçün bu addımı atmaq qərarına gəldik. Lakin “Qəbələ”nin Avroliqada “Borussiya” ilə oyununu nəzərə alaraq onların bizə etdiyi müaciəti müsbət dəyərləndirdik. Belə deyək ki, jest etdik. Buna görə də, oyun süni örtüklü “Dalğa Arena”da deyil, Qəbələdə keçiriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43