Ölkə futbolu

“Kəpəz”in yeni transferi danışdı

Davud Kərimi “Kəpəz”in yeni transferlərindən biridir.

İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi üçün yad sima hesab olunmayan qapıçı iki il oncə də “sarı-göylər”in şərəfini qoruyub. 

Klub saytına açıqlama verən Kərimi Topaz Premyer Liqasına hazırlıqla bağlı fikirlərini bölüşüb: “Çempionata hazırlığımız yüksək səviyyədə gedir. Avropa Liqasında mübarizəni başa vurduqdan sonra bütün diqqətimizi çempionata yönəltmişik. Rəqiblərimizin hər biri güclüdür, bunu yaxşı dərk edirik. Bu mənim “Kəpəz”də ikinci mövsümüm olacaq. Bilirsiniz ki, bir müddət öncə komanda birinci divizionda çıxış edərkən heyətdə idim. Təbii ki, aşağı liqa ilə Premyer Liqa eyni səviyyəli yarış deyil. Elə “Kəpəz” də əvvəlki komanda kimi görünmür. Kollektivimiz indi daha güclüdür. Komandaya diqqət və qayğı var. Aydın məsələdir ki, çempionatda işimiz çətin olacaq. Bizi ağır rəqabət gözləyir. Çünki bütün klublar güclüdür, zəif rəqib yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43