Ölkə futbolu

“Keşlə”də “Qarabağ” oyunu öncəsi iki futbolçu qayıtdı

Topaz Premyer Liqasının XXV turunda “Qarabağ”la qarşılaşacaq “Keşlə”yə iki oyunçusundan şad xəbər

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisində Sertan Taşkın və Andre Klennon zədəsini tam sağaldıb. Sertan Taşkının adı son turda “Qəbələ”yə qarşı keçirilən oyunda iştirak ərizəsinə daxil edilsə də, Tərlan Əhmədov ehtiyat üçün oyunçunu meydana daxil etməmişdi. Ancaq artıq hər iki oyunçunun da tam sağaldığı və baş məşqçinin şans verdiyi təqdirdə oynaya biləcəkləri bildirilir.

Biləyi qırılan Kamran Ağayevin isə hələ bir neçə ay meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Qarabağ” – “Keşlə” matçı aprelin 18-i saat 19:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43