İdman

“Keşlə”dən ayrılan Svanadzenin yeni iş yeri bəlli oldu

“Keşlə”dən ayrılan baş məşqçi Zaur Svanadzenin yeni klubu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, gürcüstanlı mütəxəssis ölkəsinin “Dinamo” Tibilisi kollektivində çalışacaq. O, baş məşqçi Kaxaber Kaçaravanın köməkçisi funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, Zaur Svanadze 2015-ci ilin yayından 2017-ci ilin oktyabrına qədər “Keşlə”nin baş məşqçisi olub. O, cari mövsümdə uğursuz nəticələr səbəbindən istefaya göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43