İdman

Robert Prosineçki AFFA-nın təklifini geri çevirib

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri Bosniya və Hersoqovina millisindəki qazancı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı mütəxəssis bu yığmada aya 15 min avro maaş alacaq. Beləliklə, onun illik qazancı 180 min avro olacaq. Azərbaycanda isə Prosineçki ilinə 1,2 milyon avro qazanırdı. Bu isə o deməkdi ki, xorvatiyalı mütəxəssis Bosniyada təxminən 6.6 dəfə aşağı məvacibə çalışacaq.

Daha bir iddiasına görə isə AFFA ötən ilin sonunda 49 yaşlı mütəxəssislə müqaviləni yeniləmək istəyirmiş. Ona ildə 1,5 milyon avroluq yeni sözləşmə təklif edib. Lakin Prosineçki Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, təklifdən imtina edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43