İdman

“Qəbələ” Mahir Mədətov məsələsini unutmur: Rəsmi açıqlama gələcək

“CBC Sport” kanalında yayımlanan “qış nağılı” proqramında “Qarabağ”ın futbolçusu Mahir Mədətovun “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla bağlı danışdığı əhvalat klub tərəfindən xoş qarşılanmadı və dərhal bəyənat yayıldı. 

İdmanxeber.com-un məlumatına görə, məsələ ilə bağlı açıqlama verən Mahir Mədətov isə qarşı tərəfdən üzr istəməyəcəyini bildirərək, “Qəbələ”nin istəyini cavabsız qoydu. Məlum hadisə ilə bağlı danışmaq üçün “qırmızı qaralar”ın baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Mədətovun üzrxahlıqdan boyun qaçırmasına Əzizov bu cür münasibət bildirdi: “Bəli xəbərimiz var. Ancaq bu klubun daxili işidi. Hazırda məsələ ilə bağlı nəsə deyə bilməyəcəm. Ancaq Mahir Mədətovla bağlı klubdan rəsmi açıqlama gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43