Ölkə futbolu

Klublarımızın bütün rəqibləri bəlli oldu

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. 

İdmanxeber.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanı Avroliqada təmsil edən klubların – “Qəbələ”, “Neftçi” və “Kəpəz”in də potensial rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə gəlincə, “Qəbələ” növbəti mərhələyə adlasa, Fransanın “Lill”, “Neftçi” Çexiyanın “Mlada Boleslav”, “Kəpəz” isə bu ölkənin digər təmsilçisi “Sovan”la qarşılaşacaq.

“Qəbələ” / MTK (Macarıstan) – “Lill” (Fransa)

“Neftçi” / “Şkendiya” (Makedoniya) – “Mlada Boleslav” (Çexiya)

“Kəpəz” / “Admira” (Avstriya) – “Slovan” (Çexiya)

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43