Ölkə futbolu

Kristof Atanqana: “Hamı bilsin ki, hər şey qaydasındadır”

“Qəbələ” – “Turan Tovuz” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın soyunub-geyinmə otağında insident yaşandığı barədə xəbərlər yayılıb. İddia olunur ki, komandanın baş məşqçisi və bir neçə futbolçu ilə qapıçı Kristof Atanqana arasında qarşıdurma yaşanıb.

Hətta ispaniyalı qolkiperin döyüldüyü də iddia edilir. Məsələyə aydınlıq gətirmək üçün Atanqanın özü ilə əlaqə saxladıq. O, İdmanxeber.az saytına yayılan iddialarla bağlı bunları dedi:

“Haqqımda dərc edilən xəbərləri bir internet saytında oxudum. Açığı, çox təəccübləndim. Hamı bilsin ki, hər şey qaydasındadır. “Qəbələ”də olduğum üçün xoşbəxtəm. Həmişə komandaya kömək etmək üçün əlimdən gələni etmişəm, bundan sonra da belə olacaq. İddia edildiyi kimi soyunub-geyinmə otağında heç bir problem olmayıb. Hazırda diqqətimi növbəti matça cəmləyirəm. Çünki komandamız daha yuxarı yerlərə layiqdir. Və bunu etmək üçün əlimizdən gələni edəcəyik”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43