Ölkə futbolu

“Müqavimətə davamlı komanda yaratmaq tapşırığı verilib”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Neftçi” məğlubiyyəti (0:3) sonrası mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis görüşü belə şərh edib:

 “Dinamik olmasa da, hər iki komanda hücum futbolu haqda düşünürdü. Bəzi elementlər var idi ki, futbolçulardan onları ala bildik. Amma komanda ilə qısa vaxtdır bir yerdə işləyirik. Gələcəkdə oyun planında daha yaxşı olacağımızı düşünürəm.

Çempionatın başa çatmasına az vaxt qalıb. İndi desəm ki, qalan vaxt ərzində hər şeyi yaxşı vəziyyətə gətirəcəyik, yox, amma pillə-pillə buna nail olacağıq. Təklif gələndə də düşünmədən qəbul etdim, çünki klubun gələcək planları maraqlı gəldi.

Müqavimətə davamlı komanda yaratmaq tapşırığı verilib. Avrokuboklara da hazır olmaq lazımdı, amma sırf orada oynamalıyıq deyə bir şey yoxdu. Bu yalnız istəklə olmur, gündəlik çalışmalarla buna nail olmalıyıq. İndiki məqamda oyun keyfiyyətini yaxşılaşdırmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43