İdman

Krneta həm özünün, həm “Zirə”nin evini “yıxdı”

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunur.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Sumqayıt” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43