Dünya futbolu

Kyeza üçün gələn təkliflər dəyərləndiriləcək

”Yuventus” Federiko Kyezanı satmağı düşünür.

İdmanxeber.az məlumat verir ki, “qoca sinyora” yayda italiyalı oyunçu üçün gələn təklifləri dəyərləndirəcək.

Baş məşqçi Massimiliano Alleqriylə münasibətləri qaydasında olmayan Kyeza da ayrılığa müsbət yanaşır.

Federiko Kyeza bu mövsüm A Seriyasında 27 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43